CineDoc-da Azərbaycan uğuru

20 -24 sentyabr tarixlərində Batumidə CineDoc festivalı çərçivəsində CineDoc Gənclər Təlimi (CineDoc Young Workshop) baş tutub. Azərbaycandan 5 nəfərin seçildiyi layihədə öz film layihələri ilə rejissorlar Elnur Paşa, Murad Allahverdiyev və Nurlan Həsənli, prodüser və mədəniyyət işləri üzrə menecer qismində Afaq Yusifli və yazıçı Əfsanə Yusifova iştirak etmişlər. Layihənin təqdimat mərhələsində münsiflər heyəti önündə çıxış edən 7 layihə içərisindən 3-ü qalib seçilmişdir. 3-cü yer “Palçıq şahzadəsi” (Gürcüstan), 2-ci yer “Aliəmin foto porteri” Nurlan Həsənli və “Kəndir üzərində qız” (prodüser: Pərvanə Rasim) Elnuş Paşa 1-ci yerə layiq görülmüşlər.

Layihənin əsas mentorları 20 ildən çox Danimarka Film İnstitutunun idarə heyətində çalışmış və 40-dan artıq ölkədə sənədli film üzrə təlimlər keçmiş Tue Steen Miller və Fransa Sinefeyq istehsal şirkətində (Cinephage productions) 2014-cü ildən prodüser kimi çalışan, 12 filmin istehsalçısı Viktor Ede olmuşdur. Layihənin münsiflət heyətində İzabel Arrate Fernandez (İDFA Berthan Fonunun rəhbəri), İnka Akte (DokPoint Helsinki Sənədli film festivalının proqram rəhbəri), Marion Kzarni (FİPADOC CAMPUS –un rəhbəri) Pavel Ziemilski, (bir çox mükafatlar sahibi polşalı rejissor və prodüser), Nino Orjonikidze (Artefact production təsisçisi, 5 filmin rejissoru və prodüseri) və Keti Maçavariani (2 tammetrajlı sənədli film rejissoru və prodüseri) təmsil olunmuşlar.

Xatırladaq ki, layihənin 1-ci yerinin qalibi Elnur Paşa, Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin məzunudur.

aki.az