Naxçıvan Dövlət Film Fondu kino təbliğatı üçün layihələr həyata keçirir
20 fevral Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Dünya kinosu, kino dünyası” layihəsi çərçivəsində “Ankara yazı. Veda mektubu.” filminin nümayişi təşkil edilib.
Naxçıvan Dövlət Film Fondunun məlumatına görə, Şahbuz rayon Külüs Kənd Mərkəzində təşkil olunan tədbirdə Fondun aparıcı-mütəxəssisi Şənhəyat Səfərova çıxış edərək bildirib ki, rejissor Kənan Uzunun quruluş verdiyi “Ankara yazı. Veda məktubu” filmi Türkiyə kinosunun 100 illiyi münasibətilə 2016-cı ildə Türkiyədə lentə alınıb. Dram janrında çəkilən filmdə 1980-ci il 12 sentyabr hadisələrinə həsr olunub.
Yeri gəlmişkən, Naxçıvan Dövlət Film Fondu 2006-cı ildən müstəqil şəkildə fəaliyyət göstərir. Fondda 4700-dən artıq film qorunur ki, bunlar da elmi-kütləvi, dublyaj, qısametrajlı, sənədli, bədii, uşaq, cizgi və s. janrlarda çəkilən filmlərdir.
Ümumiyyətlə Naxçıvan Dövlət Film Fondu milli kinomuzun təbliğatı ilə yanaşı, digər ölkələrin filmlərinun nümayişinə də geniş yer verir. Fondun nəzdində Naxçıvan Kino Klubu yaradılıb ki, bu klub vasitəsilə istedadlı gənclər üzə çıxarılır. Bundan başqa, Muxtar respublikanın müxtəlif rayonlarına səfər edərək sovetlər dövründə çəkilmiş filmlər, eyni zamanda müasir filmlərin nümayişini təşkil edir.
Onu da qeyd edək ki, Şahbuz rayon Külüs Kənd Mərkəzində nümayiş olunan “Ankara yazı. Veda mektubu” filminin ssenari müəllifi Dəniz Aydenk, rejissoru Kənan Uzundur. Filmdə Gürkan Uygun, İpək Tuzcuoğlu, Munir Can Cindoruk və b. çəkilib
Azərbaycan Kinematoqrafçılar İttifaqı