“Şərəf və ləyaqətə görə” ”Nika”ya Rüstəm İbrahimbəyov layiq görülüb
“Nika” Rusiya Kinematoqrafiya Sənətləri Akademiyasının vitse-prezidenti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyovun parlaq yaradıcılığı onun adının hər hansı təqdimatdan azad olduğunu çoxdan sübut edib.
Rusiya milli kino mükafatının təqdimatı martın 29-da 33-cü mərasim zamanı baş tutacaq. Hələlik isə eyniadlı kinoakademiyaya uzun illər rəhbərlik etmiş mərhum rejissor Eldar Ryazanovun adını daşıyan klubda kinematoqrafçılar toplaşıblar ki, səsvermənin ikinci mərhələsini gerçəkləşdirib qalan nominasiyaların seçimini etsinlər. Nominantlar arasında 4 nominasiya üzrə Kinoakademiyanın prezidenti Andrey Konçalovskinin “Günah” filmi də var. Prezident səsvermədə iştirak etməyib. İdarəetmə “sükanı” bu dəfə də Yuliy Qusmanın əlində olub. Builki “Nika”ya namizədlər arasında nominasiya çoxluğu üzrə Andrey Smirnovun “Fransız” filmi liderlik edir.
“Nika” Rusiya Milli Kino Mükafatı 1987-ci ildə SSRİ Kinematoqrafçılar İttifaqının katibliyi tərəfindən təsis edilib. Mükafatın təsisçisi və bədii rəhbəri Yuliy Qusmandır. “Şərəf və ləyaqətə görə” nominasiyasında “Nika”ya ötən illərdə Yuliy Rayzman, Nikolay Kryuçkov, İosif Xeyfits, Qriqoriq Çuxray, Vyaçeslav Tixonov, Aleksey Batalov, Sergey Yurskiy, Otar İoseliani və bir çox digər görkəmli kino xadimləri layiq görülüblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqı