CinemaPlus-da ``Vəftiz`` gecəsi

VIII “Visla” Polşa Film Festivalı çərçivəsində oktyabrın 13-də “Azərbaycan” CinemaPlus-da “Vəftiz” (rej. Y.Skoçen) bədii filminin nümayişi baş tutdu.

Filmin süjeti 1981-ci ildə Polşada baş verən siyasi hadisələrin fonunda bir ailənin kiçik nəvələrini vəftiz etməyə çalışımasında bəhs edir. Tədbirin moderatoru, kinoşünas Sevda Sultanova nümayişdən öncə, filmin rejissoru və filmin yaranması haqqında, o cümlədən, Xristian dinində vəftiz ayininin bəzi məqamları haqqında qeydlərini verib.

Nümayişdən sonra tamaşaçılar arasında baş tutan müzakirədə, Azərbaycan kinosunda, İslam dininə aid ayinlərin də əks olunmasının mümkünlüyü kimi fikirlər səsləndi.

Xatırladaq ki, festival çərçivəsində “Azərbaycan” CinemaPlus-da ümumilikdə 6 polyak filminin göstərilməsi nəzərdə tutulub.

Növbəti filmlər 17, 24, 31 oktyabr tarixlərində nümayiş olunacaq. Filmlər orijinal dildə, Azərbaycan dilində altyazılarla təqdim olunur. Nümayişlərə giriş sərbəstdir.

aki.az