Bəstəkar Cavanşir Quliyev Qənirə Paşayevaya müraciət ünvanlayıb
Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında parlamentin komitələrinin yeni sədrləri seçilib. Deputat Qənirə Paşayeva Mədəniyyət komitəsinin sədri seçilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar İncəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Milli Məclisin Mədəniyyət komissiyasının yeni seçilmiş sədri Qənirə xanım Paşayevaya müraciət ünvanlayıb.
C.Quliyev müraciətində Qənirə Paşayevanı Milli Məclisdə Mədəniyyət Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edir və diqqətinə çatdırır ki, artıq 20 ilə yaxındır, ölkəni bütün teleradio məkanında, eləcə də konsert salonlarında yeni əsərlərinə və özünə təbliğat qadağası qoyulub. Hakimiyyətin fəaliyyətini tənqid etdiyinə görə, adı “qara siyahı”ya salınıb.
Bəstəkar qeyd edir ki, qanunlarda hakimiyyəti tənqid edənə heç bir cəza yoxdur. Təəssüf ki, Komitənin əvvəlki rəhbərləri bu məsələ ilə bağlı heç bir iş görmədilər ki, nəticədə də ona verilən cəza, bir növ təsdiqləndi. İnanır ki, bu uyğunsuzluğu Milli Məclisin Mədəniyyət Komitəsinin yeni rəhbəri aradan qaldırar.
Azərbaycan Kinematoqrafçılar İttifaqı