Qısametrajlı Azərbaycan filmləri beynəlxalq festivalda

Bu il X Beynəlxalq EgeArt Qısa Filmlər Festivalına ölkəmizdən dörd film yarışmaya seçilib.

Amil Amalın “Titrəmə”, Qulu Əsgərovun “Hasar”, Şirin Əhmədovun “Qütb ulduzu” və Nicat Cəlilovun “Burası mənim evim” filmləri yarış uğrunda mübarizəyə şans qazanıb.  Bunlardan üçü – Amil Amalın “Titrəmə”, Qulu Əsgərovun “Hasar”, Şirin Əhmədovun “Qütb ulduzu” filmləri Hoçazfilmin rəhbəri Amil Amalın təşəbbüsü ilə, Azərbaycan Kinematoqrafçılar İttifaqının festivala təqdim etdiyi filmlər arasından seçilib. Hər üç film müharibə və onun insan taleyinə təsiri, arxa cəbhədə olan insanların ağrısını təsvir edir.

Filmlər dekabrın 15-də nümayiş olunacaq.

aki.az