Kann 2020 təxirə salındı
Fransada karantin tədbirlərinin uzadılması ilə əlaqədarr Kann Beynəlxalq Film Festivalı təxirə salınır. Festivalın prezidenti Pyer Leskyurun bildirdiyinə görə, onlar alternativ variantlar haqqında düşünürlər. Alternativ variant kimi Venetsiya Film Festivalı çərçivəsində Kann müsabiqə filmlərinin nümayişi müzakirə olunan variantlardan biridir. Amma bəzi xüsusi gözlənilən layihələr bu formatdan imtina edib, 2021 müsabiqəsində iştirak edəcək. Festival rəhbərliyi ümid edir ki, bu il münsif heyətinin rəhbərliyini öhdəsinə götürmüş kinorejissor Spayk Li 2021-də də onlarla olacaq. Bu ilin müsabiqə proqramına qəbul olumuş filmlər iyun ayının əvvələrində elan ediləcək.
Festivalın direktoru Tyeri Fremo bildirib ki, müsabiqə filmlərindən bu il yayıma çıxmağa planlanan filmlər “Kann 2020” brendi altında partnyor festivallarda nümayiş olunacaq və bu brend altında da prokata çxacaq.
Xatırladaq ki, İkinci Dünya müharbəsindən sonra Kann dördüncü dəfədir təxirə salınır. 1948 , 1950-ci illərdə maliyyə səbəblərindən təxirə salınan festival 1968-ci ildə siyasi protestlər səbəbindən keçirilmədi. Və bu il koronavirus pandemiyası festivalın 4-cü dəfə təxirə salınmasına səbəb oldu.
Yeri gəlmişkən, kinorejissor Muxtar Dadaşovun “Sovet Azərbaycanı” sənədli filmi 1951- ci il Kann Festivalı qalibləri arasında yer almışdır.
Aki.az