AKİ ssenari müsabiqəsinə buraxılan ssenarilərin siyahısını elan edib

Bu ilin  7 yanvar tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə “Rusiyanın görkəmli azərbaycanlıları”adlı ssenari müsabiqəsi elan  edib. Müsabiqənin əsas məqsədi

Rusiyada yaşayıb-yaradan görkəmli azərbaycanlıların həyat yolununun səlnaməsini ışıqlandırmaqla yanaşı, həmçinin gənc nəslə onların nailiyyətlərini çatdırmaq, eyni zamanda sənədli kino sahəsində aktivliyi artırmaqdan ibarətdir.

Qeyd edək ki, müsabiqəyə 20-yə yaxın ssenari təqdim olunub. Müsabiqəyə buraxılan ssenarilərin siyahısını (əlifba sırası ilə) təqdim edirik:

“Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu)

“Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski)

“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva)

“Xatirələrim məndə yaşayır” (Nadir Maçanov)

“Mamed”  (Seymur Elsəvər )

“Next” (Çingiz Rəsulzadə)

“Sadəcə Emin…” (Günel Mehri)

“Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova)

“Tənha” (Ruslan Mollayev)

“Üç nəfərdən artıq yığışmaq olmaz” (Çingiz Rəsulzadə)

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin 12 iyun tarixli iclasında müsabiqənin münsiflər heyətinin tərkibi də  təsdiq olunub: Rüstəm İbrahimbəyov (sədr), Vaqif Azəryar, Cəmil Fərəcov, Oleq Səfərəliyev, Əli İsa Cabbarov.

Müsabiqə qaliblərinin adının 2 avqust kino günündə təşkilat komitəsi tərəfindən  elan edilməsi  planlaşdırılır.

Aki.az