Qulu Məhərrəmli: İkinci Qarabağ müharibəsində Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirərək orduya və Ali Baş Komandana güclü dəstək verdi

Müharibə bitdi, ancaq hələ tam olaraq inana bimirik, qələbə sevincini yaşayırıq, onu da yuxu kimi hiss edirik, bəlkə də narahatlıqlarımız tam olaraq hələ keçmir. Az müddət deyil ki, 30 il… Köhnə deyimlə desək, bir igidin ömrüdür. Sülhməramlıların gəlişi nədənsə bizləri sevindirmir, sanki qorxuruq ki, yenidən hər hansı bir hadisə baş verə bilər, bəlkə də 90-cı illəri xəyalımıza gətirirk. Bir sözlə, narahatıq, ancaq önəmli bir məqamı isə unuduruq.

Azərbaycan 1991-ci ildə müstəqilliyi bərpa edib və bu illər ərzində öz sözü, öz hökmü, öz ordusu ilə tanınıb. Dünyanın 50 ordusunun içində Azərbaycan orsdusunun yer alması, ölkəmizin dünyanın böyük dövlətləri tərəfindən dəstəklənməsi çox söz deyir. Belə bir məqamda xalqın sevdiyi, tanıdığı, sözünə güvəndiyi ziyalılardan birinin  sözünə ehtiyac hiss olunur.

Filologiya elmləri doktoru, teletənqidçi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Qulu Məhərrəmli ilə bağlantı qurduq, bayramını təbrik etdik, qələbə sevincimizi onunla böldük.

Qulu müəllim deyir ki, 45 günlük müharibə Azərbaycanın bütün gücünü, hərbi qüdrətini, əsgərlərimizin döyüş gücünü bütün dünyada nümayiş etdirdi. Biz 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış 200-dən çox yaşayış məntəqəsini, o cümlədən beş böyük şəhərimizi işğaldan azad etmişik. Bu müharibə dövründə Azərbaycan cəmiyyəti parlaq birlik və həmrəylik nümayiş etdirərək orduya və ali baş komandana güclü dəstək vermişdir.

Azərbaycan əsgərləri işğal altındakı əraziləri azad edərkən, xüsusən Şuşa uğrunda gedən döyüşlərdə fövqəladə igidlik göstərmişlər. Təəssüf ki, itkilərimiz də olmuşdur. Vətən uğrunda canalarını fəda etmiş oğullarımızı ehtiramla yad edirik, onların xatirələri daima bizim üçün əziz olaraq qalacaq”.

Q.Məhərrəmli söhbət əsnasında atəşkəs elan olunduqdan sonrakı dövrlə bağl fikir bildirərək qeyd etdi ki, biz döyüşlərin davam etdirilməsini və Dağlıq Qarabağ ərazisinin bütünlüklə erməni silahlı qüvvələrindən azad edilməsini istərdik, lakin bölgədəki reallıqlarla barıışmalı olduq: “Ona görə də problemin həlli siyasi müstəviyə keçdi. Bu müstəvidə də, xüsusən Rusiyanın sülhməramlı missiyası ilə bağlı müəyyən problemlər vardır. Biz əminik ki, xalqımızın və qardaş Türkiyənin gücü sayəsində bu çətinlikləri dəf edəcəyik”.

Bizlər də inanırıq artıq çətinliklər arxada qaldı, yeni dövr başlayır və bu dövrdə birliyimiz, həmrəyliyimuz, ordumuzun gücü, Ali baş Komandanın rəhbərliyiylə ürəyimiz istəyən həyata qədəm qoyacağıq. Qarşıda gərgin günlər bizi gözləyir, mübarizə davam edir. Qarabağ Azərbaycandır!

GülQAR