“Qarabağ. İnsan. Qələbə” müsabiqəsinə ssenarilərin qəbul müddəti uzadıldı

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə, Qarabağ müharibəsi həqiqətlərinin kinoda ifadəsi və dünyada təbliği məqsədilə tammetrajlı bədi film ssenari müsabiqəsi elan edilib. Avqust ayında elan edilən müsabiqə 2-ci Qarabağ müharibəsi, müzəffər ordumuzun şanlı qələbələrinə qədər elan edilmişdi. Çoxsaylı müraciətləri nəzərə alaraq müsabiqənin təşkilat komitəsi ssenarilərin qəbul  müddətini 10  yanvar 2021-ci il tarixinə qədər uzadıb. Ssenari müsabiqəsinin şərtlərini  yenidən təqdim edirik:

– Müsabiqəyə təqdim edilən ssenarinin  janrından asılı olmayaraq, Qarabağ müharibəsində insan taleyi,  onun draması və faciəsi prizmasından ifadəsi, həm yerli, həm də xarici tamaşaçıya maraqlı olması arzu olunandır.

– Müsabiqədə iştirak üçün tammetrajlı bədii filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda 2 nüsxə, şrift Courier New, ölçü 12), müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur. Ssenari 10 yanvar  2021-ci il tarixinə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir.Ünvan:  Bakı şəhəri, Həsən Seyidbyli 18.

– Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

Qaliblər diplom və pul mükafatı ilə təltif  ediləcəklər:
Baş mükafat – 5000 AZN

Həvəsləndirici mükafat – (2  ssenari)  2500 AZN

Qalib ssenari istehsalı  məqsədəuyğun layihə olaraq Mədəniyyət Nazirliyinə təqdim ediləcəkdir.

Əlavə məlumat üçün əlaqə: (012)5059533, mail: [email protected]

aki.az