Hüseyn Mehdiyev: “CONNECT TV” məhkəmənin qərarlarını və müəlliflərin hüquqlarını saymır
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının kabel televiziyası olan “Connect” MMC-ni və “CBC” TV-ni məhkəməyə verməsi və tərəflər arasında olan narazılıqlar, uzun sürən məhkəmə prosesi və nəhayət 30 iyul 2020-ci il tarixində saat 15.00 də Bakı Appelyasiya Məhkməsində hakim Cahangir Yusifovun sədirliyi ilə iddiaçı Kinorejissorlar Gildiyasının iddia tələbinə dair 2-2(103)-371/2020 saylı iş üzrə – “CBC” TV qarşı Müəllif hüquqlarının pozulması ilə bağlı məhkəmədə “CBC” TV-nin nümayiş etdiyi filmlərə görə, qonorar ödənilməsi haqda qərar qəbul etməsi barədə məlumat vermişdirk.
Xatırladaq ki, hər iki kanalla uzun müddətdir davam edən narazılığın səbəbi “Connect” televiziyasında retroslyasiya yolu ilə yayımlanan audiovizual əsərlər, “CBC” TV-də isə Azərbaycan filmlərin efirdə lisenziyasız istifadəsini qanunu pozaraq həyata keçirilməsi idi. Bir müddət öncə Kinorejissorlar Gildiyasından bildirilmişdir ki, “Connect TV”-nin qanun pozuntusunu məhkəmə yolu ilə sübuta yetirildiyinə və bununla bağlı məhkəmə qararı olmağına baxmayaraq, kanal heç də, məhkəmənin qərarlarını icra etmək, yəni qanunla işləmək fikrində deyil.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev bir daha yada salaraq bildirb ki, Kinorejissorlar Gildiyası audiovizual əsər müəlliflərinin hüquqlarının qorunması ilə bağlı 2018-ci ildən iki kanalı – “CBC TV” və “CONNECT TV” məhkəməyə vermiş və müəlliflərin fəal iştirakı ilə keçən məhkəmələr bir mənalı olaraq, müəlliflərin xeyrinə qərarlar vermişlər: “Artıq “CBC TV” kanalı məhkəmənin qərarlarının icrası ilə bağlı ilk addımlar ataraq, müəlliflərin pozulmuş hüquqlarının bərpasını həyata keçirir. “CONNECT TV-i isə məhkəmənin qərarlarını və müəlliflərin hüquqlarını saymır ki, saymır… Görəsən bu tv-nin sahibkarının bu özbaşınalıqdan xəbəri var?! Sizcə, müəlliflərin qonorar almaq hüququnu təsdiqliyən qanunları, Nazirlər Kabinetinin qərarlarını, Əqli mülkiyyət sahəsində İcra Hakimiyyəti orqanının rəyini və nəhayət Ali Məhkəmənin qərarını saymayan “CONNECT TV”-yə və onun rəhbərliyinə nə ad vermək olar?”.
Yeri gəlımişkən, Azərbaycan Respublikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında qanununun 41-ci maddəsinin 2-ci bəndinin 4-cü hissəsinin tələbinə uyğun olaraq əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Audivisual əsər istehsalçıları və filmlərin müəllifləri – rejissor, ssenarist, operator, rəssam və bəstəkarlar öz hüquqlarının idarə olunması, qorunması və müdafiəsi məqsədi ilə Kinorejissorlar Gildiyasına kollektiv idarəçiliyə veriblər. Həmin qanunun 12-ci və 15-ci maddələrinə, eyni zamanda Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 № Qərarına əsasən “Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel (o cümlədən, retranslyasiya yolu ilə) televiziyası ilə yayımlanmasını, müxtəlif daşıyıcılarda tirajlanmasını və yayılmasını (satış və kirayəyə verməklə), həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonorarı ödəyirlər.
aki.az