Samir Şərifov: Kinematoqrafiyanın inkişafı üçün yeni layihəni qəbul etməmişik
Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov kinoya ayrılan vəsaitin aşağı olması ilə bağlı məsələnin qaldırıldığını qeyd edib. Bu barədə Apa məlumat yayıb.
S.Şərifov bildirib ki, 2020-ci ildə Mədəniyyət nazirliyinə 5 milyon manat vəsait ayrılıb, 2021-ci ildə isə 6,5 milyon manat vəsait nəzərdə tutulub: “Ölkə prezidentinin müvafiq sərəncamı ilə milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb. Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub”.
Nazir onu da əlavə edib ki, vəsait ayrılsa da, ekran əsərləri görmürük, bu da hamıya məlumdur. Belə hesab edirik ki, ayrılmış vəsait konkret olaraq nəticələr verməlidir: “Bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə ünvanlamaq olar. Kinemotoqrafiyanın inkişafı üçün yeni layihə hazırlanıb. Bir neçə dəfə Maliyyə Nazirliyinə bu layihə təqdim edilib. Biz bunu qəbul etməmişik, çünki hansısa yenilik və ya dəyişiklik görməmişik”.
aki.az