“Ad günü şamları” sənədli filminin silsilə qapalı nümayişləri çərçivəsində Biləsuvar Gənclər evi və Lənkəran mərkəzində nümayişi keçirilib.
Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev qonaqları və tamaşaçıları salamlamış və İkinci Qarabağ müharibəsindən bəhs edən filmin ilk nümayişinin Biləsuvar rayonunda keçirilməsinin onlar üçün çox xoş olduğunu vurğulamışdır. Rejissor Murad Allahverdi və heyətin salamını çatdıran Afaq Yusifli filmə gəldikləri üçün müəllim və tələbələrə təşəkkür etdi. Filmdən sonra isə tamaşaçıların suallarını cavablandırdı. Rejissor-prodüser İntiqam Hacılının moderatorluğu ilə filmdən sonra aktiv müzakirə baş tutdu. Biləsuvarlı gənclərlə filmin mövzusu, rejissor yozumu, ümumən film izləmə vərdişi və s. mövzularda müzakirə baş tutdu.


Lənkəran şəhər Gənclər mərkəzində 28.02.2026-cı ildə baş tutan nümayişdə isə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Humay Haşımlı və Lənkəran şəhər Gənclər Mərkəzinin direktoru Xəyyam Tahirzadə tamaşaçıları və filmin yaradıcı heyətini salamladı. İkinci Qarabağ müharibəsi qazisindən bəhs edən filmin əhəmiyyətindən bəhs etdi.

Filmdən sonra rejissor Murad Allahverdi və prodüser Afaq Yusifli (digər prodüserlər – Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy) rejissor-prodüser İntiqam Hacılının moderatorluğu ilə müzakirədə iştirak etdilər. Tamaşaçıların suallarını cavablandırdılar.
aki.az

