Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik ili” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Ad günü şamları” tammetrajlı sənədli filmi və onun nümayişi layihəsi çərçivəsində filmin növbəti iki xüsusi qapalı nümayişi baş tutdu.

Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev qonaqları və tamaşaçıları salamladı. Rejissor Murad Allahverdi və prodüser Afaq Yusifli (digər prodüserlər Nicat Dadaşov, Murad Allahverdi, Tural Əhmədsoy) zalı salamladı və filmə gəldikləri üçün müəllim və tələbə heyətinə təşəkkür etdi. Filmdən sonra isə heyət tamaşaçıların suallarını cavablandırdı. Kinotənqidçi Aygün Aslanlının moderatorluğu ilə filmdən sonra aktiv müzakirə baş tutdu.

Sumqayıt şəhər Gənclər mərkəzində 24.02.2026-cı ildə baş tutan nümayişdə isə gənclər evinin metodisti Zoya Aslanlı, psixoloq Gülnar Yusifova, dərnək rəhbərləri Raida Əliyeva və Füruzə Hüseynova, təsərrüfat müdiri Əli Kərimli də sumqayıtlı gənclərlə birgə filmi izlədilər. Filmdən sonra rejissor Murad Allahverdi və prodüser Afaq Yusifli, kinotənqidçi Aygün Aslanlının moderatorluğu ilə sual-cavab sessiyasında iştirak etdilər. Gənc tamaşaçıların fikirlərini dinlədilər və verilən sualları cavablandırdılar.



Qeyd edək ki, bu layihə Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, ARKA-nın əməkdaşlığı, Biləsuvar rayonu Gənclər evi, Lənkəran şəhəri Gənclər evi, Sumqayıt şəhəri Gənclər evi, Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin təşkilati dəstəyilə həyata keçirilir.
aki.az

