Fevral-ın 27-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında “Tilov ” serialın yaradıcı heyəti ilə görüş keçirilmişdir.
Görüşdə serialın rejissoru Emil Quliyev, ssenaristləri Pərviz Həsənov, Araz Bayramov, operatoru Məhəmməd Osmanov, aktrisalar Yaqut Paşayeva, Mələk Mustafayeva, aktyor Amid Qasımov iştirak ediblər. Serialın yaradıcı heyəti ilə tələbə və gənc kinematoqrafçılarla görüş onların bu sahə ilə bağlı maraqlarını təmin etməyə şərait yaratmışdır.

Layihə ərəfəsində görüşün moderatoru Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Sevinc Xanbutayeva serial ilə bağlı yaradıcı heyətə suallar ünvanlamış və auditoriya ilə yaradıcı heyət arasında diskusiya həyata keçirilmişdir. Edilən müzakirələr əsasında tələbələrin sualları cavablandırılmış, onlara bu sahə ətrafında istiqamət göstərilmişdir.
aki.az

