Azərbaycan Kinematoqrafçılar İttifaqı “FilmEnglish – kinematoqrafçılar üçün ingilis dili kursu” layihəsinə qəbul elan edir. Layihənin əsas məqsədi gənc kinematoqrafçıların kino dünyasında çox əhəmiyyətli olan ingilis dili biliyinin təkmilləşdirilməsidir.
Minimum üç ay davam edəcək kurslarda iştirak pulsuzdur. Dərslər həftədə 2 dəfə keçiriləcək. İngilis dili kursuna qatılmaq istəyən şəxslər PDF formatda aşağıdakı məlumatları qeyd edib göndərməlidirlər:
A) Ad, soyad, doğum tarixi.
B) Təhsil və hazırda çalışdığı vəzifə
C) Müraciətçinin ingilis dili biliyinin səviyyəsi (Ayrı-ayrılıqda qeyd edilməklə) Anlamaq bacarığı (Beginner, elementary, pre-intermediate;)
Yazı bacarığı (Beginner, elementary, pre-intermediate;)
Oxu bacarığı (Beginner, elementary, pre-intermediate;)
Danışıq bacarığı (Beginner, elementary, pre-intermediate)
D) Müraciətçinin fikrincə, dil bilgisində ən zəif olduğu istiqamət (və ya istiqamətlər). Maksimum yeddi cümlədən ibarət olmaqla. (Məs, sözləri anlayıram amma danışa bilmirəm. Qrammatik biliyim zəifdir. Sözləri bilirəm, amma, cümlə qura bilmirəm və s.)
E) Kinematoqrafçı kimi aktivliyi (İştirak etdiyi kurslar, layihələr, beynəlxalq layihələrdə aktivliyi, neçə ssenari müəllifi olması (əgər varsa), ssenarisinin hansısa layihələrdə iştirakı, qalibiyyəti (əgər varsa), rejissor kimi film çəkibsə film və onun uğurları barədə və s.
Bir səhifədən çox olmamaqla, yazılı portfolionu [email protected] elektron ünvanına “AKİ-nin ingilis dili dərsi kursu” başlığı ilə göndərməlidirlər. Müraciət üçün son tarix, yanvarın 25-nə qədərdir. Layihədə iştirak ödənişsizdir.
aki.az