Azərbaycan Kinematorafçılar İttifaqının “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinin bağlanış mərasimi baş tutub. Bağlanış mərasimində layihəyə seçim şansı qazanmış və onu uğurla başa vurmuş iştirakçılar, o cümlədən, layihəyə dəstək verənlər sertifikat və təşəkkürnamə ilə təltif ediliblər.
Layihənin diplom işi olaraq çəkilmiş qısametrajlı bədii film, və çəkiliş prosesindən bəhs edən “Çevrilmə” adlı sənədli filmi də qonaqlara təqdim olunub.
Qeyd edək ki, layihənin bədii rəhbəri rejissor, AKİ-nin İdarə Heyətinin üzvü Rövşən İsaxdır. Filmin quruluşçu rejissoru Orxan Babayev, ssenaristlər Fidan Maqbet, Çinarə Əlişli, Mirhafiz Həsənov, Orxan Babayev, rejissor assistenti Səbinə Cəfərova, quruluşçu rəssam Toğrul Məstəlizadə, geyim rəssamı və qrim, Ləman Ağayeva, rejissor qrupu Mirhafiz Həsənov, Elvin Abdullayev, İzzətxanım Cabarlı, bəstəkarı Nigar Süleyman, montaj rejissoru iştirakçı Hüseyn Vəliyevdir.
Qeyd edək ki, bu tip layihə AKİ-nin dördüncü layihəsidir. Bundan öncə “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbi, “Kino istehsalı A-dan Z-yə” intensiv kinorejissorluq kursları, “Peşəsi: ssenarist” qadın müəlliflər üçün ssenari emalatxanası layihələrini həyata keçirmişdir.
aki.az