AKİ-nin layihələrinin iştirakçısı qalib olub

Növbəti KinoLab layihəsinin pitçinq mərhələsi başa çatıb. Bu il layihədə 8 gənc rejissor öz film layihələri ilə iştirak ediblər. Azərbaycan Kinematoqrafçılar İttifaqının layihələrində iştirak etmiş gənc rejissor Murad Allahverdi özünün “Kür” sənədli film layihəsi ilə builki proqramın münsif heyəti tərəfindən qalib seçilib.

“Kinolab” layihəsində sənədli filmə yeni başlayanlar və ya film ideyası olanlar, lakin bu layihəni necə reallaşdırmaq və gələcəkdə necə maliyyələşdirmək proseslərindən hali olmaq istəyən gənc rejissorlar üçün yaradılan kino emalatxanasının kursunda iştirak etmək ödənişsizdir. Bundan başqa, seçilən hər bir iştirakçıya sonda öz yeni və ya ilk film tizerini çəkmək üçün mümkün bütün mentorluq proqramı təşkil edilir.

Qeyd edək ki, Murad Allahverdi Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə yay məktəbi və “Kino istehsalı A-dan Z-yə”intensiv kinorejissorluq kursları layihələrinin iştirakçısı olub.

Məzunumuzu təbrik edir və ona gələcək yaradıcılıq işlərində uğurlar arzu edirik.

aki.az