AKİ rejissor Tahir Tahiroviçin filminə maliyyə dəstəyi verdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor Tahir Tahiroviç yeni filmin çəkilişlərinə start verib.

“Üç hekayət” adlanan sənədli film yazıçı, tənqidçi, Əməkdar incəsənət xadimi Çingiz Hüseynovun həyat və yaradıcılığına həsr olunub.

Filmin çəkilişləri Moskvada və İsraildə lentə alınacaq.

T.Tahiroviç bildirdi ki, Moskva çəkilişləri artıq yekunlaşıb.

Xatırladaq ki, “Üç hekayət” sənədli filminə maliyyə dəstəyi verənlərdən biri də Azərbaycan Kinematoqrafçılar İttifaqıdır.

aki.az