Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ad günü ərəfəsində təbrik məktubu ünvanlayıb. Ali Baş Komandana uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayan R.Balayev bildirmişdir ki:
…Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, sosial-iqtisadi, mədəni və hərbi quruculuq sahəsində qazanılan uğurlarımız məhz Sizin yorulmaz siyasi və dövlətçilik fəaliyyətinizin məntiqi nəticəsi kimi qəbul olunur.
Möhtərəm cənab Prezident,
Azərbaycan kinosunun inkişafına göstərdiyiniz hərtərəfli dəstəyə görə Sizə minnətdarlığımızı bildirir və əmin edirik ki, milli kinomuzun daha da inkişafı üçün bundan sonra da bütün potensial imkanlardan səmərəli istifadə olunmasına çalışacağıq. İnanırıq ki, ölkəmizin bütün sahələrində həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcək.
Sizi bir daha ad gününüz, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, vətənimizin rifahı naminə fəaliyyətinizdə böyük nailiyyətlər arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev

