AKİ sədrinin təbrik teleqramı

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə ad günü münasibətilə təbrik teleqramı göndərib. Teleqramın mətnini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə

Cənab Prezident!

Sizi ad gününüz münasibətilə təbrik edir, Azərbaycanımızın qüdrətlənməsi naminə gördüyünüz məsul və şərəfli işlərinizdə uğurlar arzulayıram!

Çoxillik quruculuq, daxili və xarici siyasi fəaliyyətiniz, Qarabağın azadlığı uğrunda apardığınız mübarizə və əldə etdiyiniz möhtəşəm tarixi qələbə, Sizə Azərbaycan xalqının dərin sevgisini qazandırıb. Malik olduğunuz zəngin dövlət quruculuğu təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz sayəsində, ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltməklə yanaşı, eyni zamanda hər sahədə olan inkişaf Azərbaycanın dünya miqyasında tanınmasında böyük rol oynadı. Sizin müdrik rəhbərliyinizin nəticəsidir ki, ölkəmiz sosial-iqtisadi inkişaf yolunda inamla və qəti addımlarla irəliləyir.

Cənab Prezident!

Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Azərbaycanın gələcək inkişafı naminə çoxşaxəli fəaliyyətinizdə uğurlar arzu edirəm!

Dərin hörmətlə,

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev.

aki.az