Ali Baş Komandan, Ad Gününüz Mübarək!

Bu gün Azərbaycan Respublikasının prezidenti, Cənab İlham Əliyevin ad günüdür.Onun keçdiyi həyat yoluna nəzər salsaq görərik ki, 17 illik prezidentliyi dövründə Azərbaycan dünya ölkələrində necə təbliğ olundu, diplomatik danışıqlarda haqqlarımız necə müdafiə olundu. Fəaliyyəti dövründə siyasi əzmi heç tükənməyən, sarsılmayan, danışıqlar masasında Qarabağı bir an olsun yaddan çıxmağa qoymayan bir LİDER-in varlığını, xalq olaraq hər zaman hiss etdik.

2020-ci ilin sentyabr ayında başlayan II Qarabağ Müharibəsi bunun canlı sübutudur. Bu müharibədə müzəffər ordumuzun gücü, Ali Baş Komandanın  siyasi mövqeyi, sərt çıxışları, dünya liderlərinə səslənərək haqqımıza sahib çıxması, xalqın onun ətrafında birləşməsi nəticəsində daha böyük əzmlə “SAVAŞ” elan etməsi, geriyə baxmadan sadəcə “İRƏLİ” deməsi və nəhayət 44 günlük müharibədən sonra 45-ci gündə QƏLƏBƏ sevincini yaşamaq, Şuşanın azad olunduğu gün xalqa müraciətində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deyilən sözlər, bütün bunlar yaxın günlərdə baş verənlərdi…

Prezident olduğu 17-ci ildə Qarabağda tarix yazdı, Xalqın səsi, sözü oldu… Həyat davam edir, yol uzun, görüləcək işlər hələ də çoxdur.

Sizə Güvənirik Ali Baş komandanımız, ad gününüz münasibətilə Sizi təbrik edir, “Yolunuz açıq, başınız hər zaman uca olsun, Azərbaycan Xalqı sizinlədir” deyirik…

X.QİYAS