Martın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında rejissor və ssenarist, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın “Allaha salam” qısametrajlı bədii filminin nümayişi keçirilib.



Film, Birinci və İkinci Qarabağ müharibələrinə həsr edilib. Birinci Qarabağ müharibəsi qazisinin iztirablı, kədərli və düşüncəli həyatı Zəfər xəbəri ilə dəyişir, canlanır. Sözügedən filmdə baş rolda AKİ üzvü, Xalq artisti Məmməd Səfa çıxış edir.
Filmin təqdimatında iştirak edən ədəbi ictimaiyyətin nümayəndələri filmi təqdir edən çıxışlar edib, çəkiliş heyətinə uğurlar arzu ediblər.
Filmin ssenaristi və rejissoru Xəyal Rza, Quruluşçu operatoru Məmməd Əmin, texniki məsləhətçisi Rafiq Əliyev, bədii rəhbəri Oktay Mir-Qasım, bəstəkarı Gövhər Həsənzadədir. Filmin çəkişləri Bakı, Şamaxı və Şabran rayonlarında həyata keçirilib.
aki.az

