Anar Kərimov Mədəniyyət naziri vəzifəsindən azad edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Kərimov Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndi rəhbər tutularaq Anar Qabil oğlu Kərimovun Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi qeyd olunub.
Prezidentin digər sərəncamına əsasən Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib.
aki.az