Anar Kərimov: Türkiyənin kino şirkətləri ilə ortaq kino layihələri həyata keçirmək istəyirik
Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun Türkiyəyə rəsmi səfəri davam edir.
Martın 1-də Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclasında mədəni irs, musiqi, teatr, kino və digər sahələrdə müzakirələr aparılıb və əməkdaşlıq məsələləri razılaşdırılıb.
Ankarada Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoyla Azərbaycanın Mədəniyyət Naziri Anar Kərimovun görüşü keçirilib. Görüşdə mədəniyyət, incəsənət sahələrində olan əlaqələr müzakirə edilib.
Nazir TRT Haber-ə müsahibəsində Azərbaycan və Türkiyənin kino sahəsində əməkdaşlığa hazırlaşdığını bildirib: “Kino sahəsində Türkiyənin təcrübəsindən istifadə etməyi qərara almışıq. 30 ildir işğalda olan torpaqlarımızı azad etdik. Bu savaşda qəhrəmanlıq göstərən əsgərlərimizin ingidliyini göstərən filmlərə ehtiyac var. Bu baxımdan Türkyənin kino şirkətləri ilə ortaq kino layihələri həyata keçirmək istəyirik”.
Onu da qeyd edək ki, səfər çərçivəsində Mədəniyyət Nazirinin Türkiyədə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri ilə görüşləri də nəzərdə tutulub.
aki.az