ANİMAFİLM Şəkidə layihəyə başlayır
23-25 noyabr 2021-ci il tarixində Şəkidə IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının əks-sədası tədbiri keçiriləcəkdir.
Şəki “ASAN xidmət” mərkəzində keçiriləcək festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim ediləcəkdir. Eyni zamanda “Kağızdan Şaxta Baba düzəlt” adlı ustad dərsi də təşkil ediləcəkdir.
Xatırladaq ki, “ANİMAFİLM Şəkidə” tədbiri “PERİ FİLM” MMC şirkəti tərəfindən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.
“ANİMAFİLM Şəkidə” tədbirinin proqramını təqdim edirik:
23 noyabr
12:00-13:30 – IV ANİMAFİLM-in ən yaxşı animasiya filmləri (7+)
17:00-19:00 – IV ANİMAFİLM-in ən yaxşı animasiya filmləri (13+)
24 noyabr
12:00-13:30 – Azərbaycan animasiya filmləri (7+)
16:00-19:00 – Elçin Hami Axundovun “Kağızdan Şaxta Baba düzəlt” ustad dərsi (7+)
25 noyabr
12:00-13:30 – IV ANİMAFİLM-in ən yaxşı animasiya filmləri (10+)
17:00-19:00 – IV ANİMAFİLM-in qalibləri (18+)
“ANİMAFİLM Şəkidə” tədbirlərinə giriş sərbəstdir. Təşkilatçılar əlilliyi olan şəxslərin festivalda iştirak etməsi üçün onları ödənişsiz nəqliyyatla təmin edəcəklər.
Yeri gəlmişkən, 2018-ci ildə yaradılmış ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk beynəlxalq animasiya festivalıdır. Hər il payızda keçirilən festivalda yüzlərlə yerli və xarici animasiya filmləri nümayiş etdirilir, işgüzar görüşlər, sərgilər, uşaqlar və peşəkarlar üçün ustad dərsləri təşkil olunur. Festivalın təşkil edilməsində məqsəd yerli və xarici tamaşaçıları, peşəkarları sevindirmək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafına təkan verməkdir. Bu il təşkil olunan festival “ƏLİLLİK” mövzusuna həsr olunmuşdur.
aki.az