“Aranfilm” yeni sənədli filmin istehsalına başlayıb
“Aranfilm” Yaradıcılıq Mərkəzi yeni sənədli filmin istehsalına başlayıb. “Neftçi”nin veteran futbolçusu Elxan Rəsulovun 60 illiyinə həsr olunan sənədli filmdə onun keçdiyi ömür yoluna səyahət ediləcək.
Yeri gəlmişkən, yeni nəsil futbol azarkeşləri, ola bilsin ki. veteran futbolçunun fəaliyyətinə o qədər də bələd deyil. Ancaq orta və yaşlı nəslin nümayəndələri “Neftçi”nin veteran qapıçısını yaxşı xatırlayır.
E.Rəsulov 1960-cı ildə anadan olub. 1979, 1981-1982, 1991-ci illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib. Polşa və Ukrayna çempionatlarında oynayıb. “Neftçi” futbol klubunun müxtəlif mövsümlərdə qapıçısı olmuş, daha sonra Ukraynanın “Karpat” futbol klubunun uzun illər şərəfini qorumuş qapıçı, 20 ildən çoxdur ki, Almaniyada yaşayır.
“Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsal etdiyi filmdə Elxan Rəsulovun futbola gəlişi, “Neftçi” komandasının heyətində keçirdiyi maraqlı oyunlar, eyni zamanda karyerasının müxtəlif dövrləri öz əksini tapacaq.
Sənədli filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, montajçısı Pərviz Səlimov, filmin direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı