“ARAXÇIN” filmi “RADONEJ” Beynəlxalq Kinofestivalının mükafatına layiq görülüb

Noyabrın 25 – də Moskvada Kino Evində XXVI “RADONEJ” Beynəlxalq Knofestivalının qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, “RADONEJ” Beynəlxalq Knofestivalına yaxın və uzaq ölkələrdən – Yunanıstan, İran, İtaliya, Çin, Norveç, Bosniya və Herseqovina Respublikası, Fransa, Çex Respublikası, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Ukraynadan  208 film təqdim edilib. Festivalda Rusiya və xarici dövlət və müstəqil kino, televiziya və radio şirkətləri, eləcə də mənəvi-əxlaqi mövzularda əsərlər yaradan şəxslər iştirak ediblər.

Azərbaycandan rejissor, Əməkdar incəsənət xadimi  Firəngiz Qurbanovanın “Araxçın” animasiya filmi mükafatçılar sırasında yer alıb. Film ən yaxşı animasiya filmi olaraq münsiflər heyətinin diplomuna layiq görülüb.

Xatırladaq ki, “Araxçın cizgi filmi “Birlik” studiyasında istehsal olunub.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Firəngiz Qurbanova,  rəssam-animatoru Zema Əhədovadır.

aki.az