“Asan Könüllüləri” və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə “Gənc Kinematoqrafçılar” layihəsi başlayır

“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Gənc Kinematoqrafçılar” layihəsinin müraciət mərhələsi start götürüb.

Qeyd edək ki, ASAN könüllüləri və yaradıcı gənclər üçün nəzərdə tutulan və 2 ay müddətində davam edəcək layihə “rejissorluq” və “ssenaristlik” olmaqla 2 istiqamət üzrə həyata keçiriləcək. Gənclərə ünvanlanmış, ödənişsiz kinematoqrafiya təlimlərində iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/PFpWFDCAKtTkw79C6

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə “Yay Məktəbi” də təşkil etmişdir.

23-30 avqust 2021-ci il tarixlərində Şəki şəhərində keçirilən “Yay Məktəbi”ndə iştirakçılar ssenari yazılışının ana təməl qaydaları, ideyanı yazılı ssenariyə necə çevirməli kimi sualları əhatə edəcək intensiv təlim proqramında iştirak etmişlər.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, “Asan könüllüləri” ictimai birliyi ilə əməkdaşlıqdan məmnundurlar və  gənc nəslin zövqünün və biliklərinin formalaşması istiqamətində layihələr, İttifaqın fəaliyyətində həmişə prioritet olaraq qalacaq.

aki.az