Asif Rüstəmov: “Festival kinosu” anlayışı yoxdur
Növbəti podkastın qonağı kinorejissor, ssenarist Asif Rüstəmov müəllifi və quruluşçu rejissoru olduğu “Axınla aşağı” bədii filmində ssenari üzərində iş prosesindən başlayaraq, rejissorun operatorla, bəstəkarla iş prosesinə toxunub. Filmdə uzun mizanların həlli, baş qəhrəmanın qocalması prosesində ifadə vasitələrini ön plana çəkib. Bundan başqa o festival üçün çəkilən filmlə, eyni zamanda kommersiya filmləri ilə də bağlı fikirlərini bölüşüb. Asif Rüstəmov hesab edir ki, əslində “festival filmi” deyilən bir anlayış yoxdur.