Avropa Kino Akademiyasının yeni azərbaycanlı üzvləri
1988-ci ildə İnqmar Berqman və 40 nəfər avropalı həmkarı ilə birlikdə təsis etdikləri Avropa Kino Akademiyası 200 nəfər yeni üzv qəbul edib. Yeni üzvlər arasında azərbaycanlı kinematoqrafçılar da var.
“Azərbaycanfilm” kinostudiyasının sosial şəbəkəsinin verdiyi məlumata əsasən, kinorejissorlar Hüseyn Mehdiyev, Ayaz Salayev, Vaqif Mustafayev, Rafiq Quliyev, Rüfət Həsənov, Orman Əliyev, Teymur Hacıyev, Elvin Adıgözəl, İlqar Nəcəf, Asif Rüstəmov, Elçin Musaoğlu və prodüser İradə Bağırzadə yeni üzvlər sırasındadır.
Buna qədər Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Əməkdar incəsənət xadimi Kənan Məmmədov Akademiyanın üzvü seçiliblər.
Xatırladaq ki, Avropa Kino Akademiyasının üzvlük kriteriyasına əsasən, 36 yaşından yuxarı üzvün 3 tammetrajlı filmi olmalı və 225 euro illik üzvlük haqqı ödəməlidir.
aki.az