Kinomükafat

Azərbaycan Kinematoqrafçılar İttifaqının kino mükafatı 2012-ci il iyulun 9-da təsis olunub. Mükafat illikdir və milli kinematoqrafiyanın inkişafında xidmətlərinə görə Azərbaycanın yaradıcı ziyalılarına təltif olunur. Mükafatın məqsədi milli kinoda müsbət tendensiyaları  vurğulamaqdır. Nominantların seçimi İttifaqın katibliyi tərəfindən aparılır.

Katiblik ötən mövsümdə baş verən prosesi diqqətlə müşahidə və analiz  edir, müxtəlif ixtisaslı kinematoqrafçıların xidmətlərini qeyd edir. Mükafatın laureatları açıq səsvermə yolu ilə seçilir. Mükafatın qalibləri ənənəvi olaraq Milli Kino Günündə –  kinematoqrafçıların  2 avqust tarixində keçirilən peşə bayramında elan olunur.

Kinomükafatın qalibləri olmuşlar:

2019-Cİ İLDƏ

– Kinorejissor Murad İbrahimbəyov – “İnsan” sənədli trilogiyasına görə;

– Aktrisa Şükufə Yusupova – peşə ideallarına sadiqliyinə görə;

– Kinorejissor Cahangir Zeynallı – milli kinematoqrafiya qarşısındakı xidmətlərinə görə;

– Aktrisa Zülfiyyə Qurbanova – “Mövsümün sonu” filmində baş rolu psixoloji incəliklə ifa etdiyinə görə;

2018-ci ildə

-Azərbaycanın xalq yazıçısı Anar – Azərbaycan mədəniyyətinin və kinematoqrafiyasının qarşısındakı xidmətlərinə görə;

-Bəstəkar Rauf Əliyev (ölümündən sonra) – rejissor Mirsadıq Ağazadənin “Eviniz abad” filmindəki musiqisinə görə;

-Diplomat və ictimai xadim Ramiz Abutalıbov – Azərbaycan Demokratik Respublika tarixini sənədli kinoda işıqlandırdığına görə;

2017-ci ildə

-Rejissor, Azərbaycanın Əməkdar İncəsənət xadimi  Mirbala Səlimli – “Qırmızı bağ” filminin parlaq bədii həllinə görə;

-Operator Yuri Varnovski –  peşəyə sədaqətinə görə;

-Kino və televiziya rejissoru Nazim Rza – milli tarixin təbliğinə və sənədli kinoda xidmətlərinə görə.

2016-cı ildə

-Kinoprodüser Adil Qulamov – milli kinematoqrafiyaya töhfələrinə görə;

-Diktor, Azərbaycanın Xalq artisti Rafiq Hüseynli – milli kinematoqrafa töhfələrinə görə;

-Səs rejisoru Kamal Seyidov – milli kinematoqrafiyaya töhfələrinə görə;

2015-ci ildə

-Aktrisa, Azərbaycanın Əməkdar artisti Mehriban Zəki – son illərdəki yaradıcı nailiyyətlərinə görə;

-Rejissor-animator Cavid Əhədov – “Köhnə saat” animasiya filmində rejissor həllinə görə;

-Bəstəkar Cavanşir Quliyev – milli kinematoqrafiya qarşısında xidmətlərinə görə.

2014-cü ildə

-Rejissor Tair Əliyev – “Parisdən məktub” bədii-sənədli filminə görə;

-Kinopreator Nizami Abbas – “Sirli bənövşə” filminin təsvir həllinə görə;

-Səs rejissoru, Azərbaycanın Əməkdar İncəsənət xadimi Əsəd Əsədov –milli kinematoqrafiyada xidmətlərinə görə;

2013-cü ildə

-Kinorejissor, Azərbaycanın Əməkdar Incəsənət xadimi Ziya Şıxlinski – Azərbaycan mədəniyyəti tarixinin sənədli kinoda uğurlu təbliğinə görə;

-Quruluşçu rəssam, rejissor multiplikator, Azərbaycanın Əməkdar İncəsənət xadimi Firəngiz Qurbanova – Azərbaycan animasiyasının inkişafında böyük xidmətlərinə görə;

-Aktyor, Azərbaycanın Xalq artisti Fuad Poladov – Azərbaycan kinosunda parlaq milli xarakterlər yaratdığına görə.

2012-ci ildə

-Rejissor, ssenari yazarı Fikrət Əliyev – son illərdə yaradıcı nailiyyətlərinə görə;

-Rejissor, ssenari yazarı, prodüser Asif Rüstəmov – son illərdəki yaradıcı nailiyyətlərinə görə;

-Aktyor, Azərbaycanın xalq artisti Fəxrəddin Manafov – kinematoqrafiyaya töhfələrinə görə.

Qalereya