Mayın 28-də baş tutmuş iclasda iştirakçılar AR Kino Agentliyinin fəaliyyəti, kinomuzun hazırkı durumu, mövcud problemlər və çıxış yolları mövzusunda fikir mübadiləsi aparıblar. Kino Agentliyinin layihə müsabiqəsinin nəticələri də müzakirəyə çıxarılıb. Müsabiqənin münsiflər heyətinin tərtib edilməsi mexanizminin daha da yaxşılaşdırılması təklifi səslənib. Kino Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi üçün müzakirələr aparılıb. Dövlət maliyyəsi alan layihələrin müsabiqələr yolu ilə maliyyələşməsilə yanaşı, filmlərin qrant sistemi ilə də maliyyələşməsi fikri səsləndirilib. Təkliflərin aidiyyəti orqanlara təqdim edilməsi üçün kommunikasiyaya başlanılıb. Aidiyyəti orqanın rəhbərliyi ilə Prodüser Gildiyasının nümayəndələrinin görüşü qərara alınıb. Tədbirdə Gildiyanın sədri Fikrin Bektaşi, prodüserlər Pərviz Məmmədov, Oksana Rəsulova, Sevinc Əliyeva, Əfqan Yusifov, Əli-Səttar Quliyev, Əli Əbilov, Emin Quliyev, Zaur Mirzəzadə, Türkan Hüseyn, Amiran Babayev, Fehruz Şamıyev, Rasim Həsənov, Əli İsa Cabbarov və Kamran Qasımov iştirak ediblər.