Bildirildiyi kimi AKİ sədri, Xalq artisti Rasim Balayev tanınmış aktyor, rejissor Ceyhun Mirzəyevin hazırda Moskvada yaşayan qızının taleyi ilə bağlı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə müraciət ünvanlamışdı. Müraciətlə bağlı səfirliyin nümayəndəsi AKİ rəhbərliyi ilə əlaqə qurmuş, durumla bağlı atıla biləcək addımlar barədə şərh vermişdir. Məsələnin hüquqi və mənəvi özəllikləri qeyd edilmiş, görüləcək vacib tədbirlər müzakirə olunmuşdur. Azərbaycan Kinematoqrafçılar İttifaqı səfirliyə müraciətdən sonra verilən şərhlərdən razı qaldığını və gündəlikdəki məsələnin həlli ilə bağlı səylərini davam etdirəcəyini bildirir.
aki.az

