Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
Vətən müharibəsi təkcə ordumuzun yox, arxa cəbhədəki insanların şücaəti ilə də yadda qaldı. “Arxa cəbhə insanları” mövzusu dünya kinosu üçün münbit sahə olaraq, kino tarixinə ölməz şedevrlər bəxş edib. Bu mövzuda kino tariximizin Qızıl fonduna daxil olan filmlərimiz var: “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Tütək səsi”, “Mən ki gözəl deyildim” və s.
Vətən müharibəsində arxa cəbhədə olan sadə insanın həyatında müharibənin əks-sədasını göstərmək, qazanılan qələbədə onların oynadığı rolun böyüklüyünü tarixə həkk etmək üçün Azərbaycan Kinematoqrafçılar İttifaqı “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edir.
Müsabiqədə iştirak üçün qısametrajlı bədii filmin ssenarisi, heç bir janr məhdudiyyəti olmadan, 52 dəqiqəni keçməmək şərtilə (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa) əlaqə telefonu və e-mail ünvanı) birlikdə elektron variantda [email protected] email ünvanın “Arxa cəbhənin insanları” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Bir müəllif maksimum üç ədəd ssenari təqdim edə bilər.
Ünvan: Bakı şəhəri, Bülbül prospekti 30
Son müraciət tarixi: 1 may 2024-cü il
I tura keçid almış ssenarilər 1 iyul 2024-cü il tarixində elan olunacaq.
Qalib ssenarilər 2 avqust 2024-cü il tarixində elan olunacaq.
Mükafatlar: I yer- 2000 AZN
II yer- 1500 AZN
III yer- 1000 AZN
Ətraflı məlumat üçün 012 (493-65-86) telefon nömrəsi ilə həftəiçi saat 14:00-dan 17:00-a qədər zəng edib məlumat ala bilərsiniz.
aki.az