Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsinə start verdi

Azərbaycan Kinematoqrafçılar İttifaqı və A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu birgə “Rusiyanın görkəmli azərbaycanlıları”adlı ssenari müsabiqəsinə start verib.

Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilən məlumata görə, müsabiqənin məqsədi uzun illərdir ki, Rusiyada yaşayıb-yaradan görkəmli azərbaycanlıların həyat yolununun səlnaməsini yaratmaq, gənc nəslə onların nailiyyətlərini çatdırmaq, həmçinin  sənədli kino sahəsində aktivliyi artırmaqdan ibarətdir.

Müsabiqənin şərtlərini təqdim edirik:

  • Sənədli filmlərin ssenariləri (52 dəqiqədən çox olmamaq şərtilə) kinoesse, kinoportret, kino araşdırması janrlarında, XIX-XX əsrlərdə Rusiyada yaşayıb-yaratmış görkəmli azərbaycanlıların taleyindən bəhs etməlidir.
  • Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir.
  • Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.
  • Ssenarilər 30 Mart 2020-ci ilədək elektron formada [email protected] ünvanına göndərilir.
  • Müəllif haqqında qısa məlumat əlavə edilir.
  • Müsabiqə haqqında əlavə məlumat üçün telefon:
  • (012) 5059533, (012) 4371667

Müsabiqənin qalibləri Xalq yazıçısı Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti