Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni üzvlər qəbul olundu

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətində İttifaqın üzvlüyünə ərizə verən kinematoqrafçıların namizədliyi müzakirə olunub və səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Əməkdar artist Rasim Cəfər, ssenarist Reyhan Cəfərova, təsvir rejissoru Soltan Abdullayev, kinorejissorlar Amil Amal (Məmiyev), Ərturan Nəcəfi, rejissor və prodüser Reza Siaminin üzvlüyü İdarə Heyəti tərəfindən təsdiq olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni üzvləri təbrik edir, onlara peşələrində uğurlar arzu edir!

aki.az