Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin tərkibi təsdiq olundu
Azərbaycan Kinematoqrafçılar İttifaqın İdarə Heyətinin sədri Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqı ictimai birliyinin Nizamnaməsinin 6.12-ci maddəsinə əsaslanaraq ittifaqın katibliyinin tərkibini təsdiq etdi:
Qeyd edək ki, katibliyin əvvəlki tərkibi saxlanılıb, rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqın İdarə Heyətinin katibliyinin tərkib hissəsi:
Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli.
Mirbala Səlimlini AKİ-nin katibi seçilməsi münasibətilə təbrik edir, uğurlar arzulayırıq!
aki.az