Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbi dinləyici qəbulu elan edir

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbi “Rejissorluğun dramaturgiyasi” kursuna dinləyici qəbulu elan edir.

Xatırladaq ki, dərslər əyani və ödənişsiz əsaslarla keçiriləcək. Təhsil müddəti iki ildir, məşğələlər Azərbaycan dilində aparılacaq. Məktəbin dinləyiciləri müsahibə əsasında seçiləcək. Kursun rəhbəri AKİ katibi, rejissor Oleq Səfərəliyevdir.

“Rejissorluğun dramaturgiyasi” kursuna qəbul müddəti avqustun 20-dən sentyabrın 10-a qədər həyata keçiriləcək.

Namizədlər aşağıdakı nömrə ilə əlaqə saxlayaraq qeydiyyata düşə bilərlər:

Tel: 437-16-67

İş günləri: saat 15:00- 17:00

aki.az