Azərbaycan Kinematoqrafçılar İttifaqının təqdimatı ilə gənc kinematoqrafçı mükafatlanıb

Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin ənənəvi mükafatının kino nominasiyasının qalibi animasiya rejissoru, rəssam Sevinc Quliyeva olub.

Sevinc III ANİMAFİLM Beynəlxalq Animasiya festivalının  “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” nominasiyası üzrə, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının “Münsiflər heyətinin xüsusi mükafatı” nominasiyası üzrə qalib olub. ADRA yetirməsi olan kinematoqrafçı yeni animasiya filmləri üzərində işləyir. Gənclər və İdman Nazirliyinə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin göndərdiyi təqdimat məktubunda Sevinc Quliyeva, sənətinə ürəkdən bağlı, zəhmətkeş, peşəkar bir gənc kimi xarakterizə edilib.Onun filmləri öz poetik və orijinal yanaşması ilə seçilir. Quruluş verdiyi “65+” və “Qar kürəciyi” filmləri müxtəlif animasiya texnikasında işlənib və özünəməxsus təsvir həlli ilə seçilir. O həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino istehsalı A-dan Z-yə” layihəsinin iştirakçısı olub, layihə çərçivəsində çəkilən “Qəfəs” filminin rəssamı kimi işləyib.

aki.az