Berlin Beynəlxalq Film festivalında Azərbaycan kinematoqrafçıları – Əməkdar artist, AKİ üzvü Rasim Cəfər və AKİ-nin katibi, kinorejissor Türkan Hüseyn də iştirak edir.
Türkan Hüseyn sözügedən festival çərçivəsində keçirilən kinomarketinqin iştirakçısıdır. Rasim Cəfər isə festivalın Forum bölümündə, rejissor Elmar İmanovun “Çəyirtkənin öpüşü” bədii filminin premyerasında iştirak edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı hər iki kinematoqrafçının səfər xərclərinə maliyyə dəstəyi göstərib.