Azərbaycan kino üçün maliyyə fondlarını bir araya toplayan platformada iştirak edəcək
Avropanın kinoya dəstək verən ən böyük maliyyə fondlarını bir araya toplayan platformada bu dəfə Azərbaycan da iştirak edəcək.
6-8 oktyabr 2021-ci il tarixlərində Yunanıstanın Afina şəhərində keçiriləcək tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin “Audiovizual və interaktiv media” şöbəsinin rəhbəri Rüfət Həsənov təmsil edəcək.
Mədəniyyət Nazirliyinin saytından əldə eydiyimiz məlumata görə, “10-cu MEDICI – Film Fondları səyahəti” adlı tədbirdə hər il audiovizual sahə üzrə Avropanın ən böyük maliyyə fondlarını bir araya toplanır.
Qeyd edək ki, audiovizual sektorun əsas problemlərinin müzakirə edildiyi bu məkanda yeni yanaşmalar təhlil edilir. 2021-ci ilin MEDICI görüşündə ictimai film maliyyəçilərinin post-pandemiya dövründə ortaya çıxan yaranmış problemlər və yeni yanaşmalar müzakirəyə çıxarılacaq.
Tədbirin spikerləri arasında Berlin Film Festivalının, Avropa Kino Akademiyasının, İsveç Film İnstitunun, Avropa Birliyinin Kino Fondunun (Eurimages) nümayəndələri var. Layihədə iştirakçıların layihələrinə 4 qrantın ayrılması nəzərdə tutulub.
aki.az
.