“Fondazione Prada” Film Fondu, müstəqil kinonu dəstəkləyən illik təşəbbüsdür. Hər il, ölkə, mövzu, janr və ya dil baxımından heç bir məhdudiyyət olmadan film-layihələrin seçimini açıq elan edir. Müraciət dövrü 1 sentyabr – 17 oktyabr 2025-ci il tarixləri arasında açıqdır.
Layihələr həm inkişaf, istehsal həm də post-prodakşn mərhələsində təqdim oluna bilər. Yekun seçim yalnız keyfiyyət, orijinallıq, baxış bucağı, eləcə də istehsalçı şirkət strukturunun gücü və etibarlılığı kimi meyarlara əsaslanacaq.
Beynəlxalq komitə – kino və mədəniyyət sahəsinin tanınmış simalarından ibarət heyət – müstəqil, qərəzsiz və peşəkar seçim prosesinə zəmanət verir. Bu dəstək vasitəsilə, Fondazione Prada kino sahəsinə verdiyi töhfəni yenidən təsdiqləyir və genişləndirir. O, həm tanınmış müəllifləri, həm də yeni istedadları, eyni zamanda tədqiqat xarakterli layihələri dəstəkləyərək innovativ işlərə meydan verməyi qarşısına məqsəd qoyur.
“Fondazione Prada” Film Fondunun ilk buraxılışı üçün seçilən layihələrin adları 2026-cı ilin yanvar-fevral ayları arasında açıqlanacaq.
Əlavə və daha ətraflı məlumat üçün rəsmi link – https://www.fondazioneprada.org/film-fund/?lang=en
aki.az

