“Biləsuvar” nüfuzlu Busan Film Festivalının rəsmi müsabiqəsində
Asiyanın ən böyük film festivalı hesab olunan, hər il payızda Koreya Respublikasının Busan şəhərində keçirilən Busan Film Festivalının tarixi məlum oldu, 21-30 oktyabr tarixlərində qeyd olunacaq.
Azərbaycan-Fransa istehsalı olan, ssenarisi və rejissorluğu Elvin Adıgözələ məxsus “Biləsuvar” tammetrajlı bədii filminin dünya premyerası 25-ci Busan Beynəlxalq Film Festivalının rəsmi proqramında, “New Currents” bölməsində olacaq.
Filmdə Kamran Ağabalayev, Günel Zülfüqarlı, İlqar Dadaş, Tofiq Aslanov, Laçın Aslanova, Niyaməddin Amanov, Günel Mirzəli, Cahangir Məlik, Məmməd Hacıyev, Ruslan İsmayılov, Teymur Quliyev, Ruslan İsmayılov və başqaları çəkiliblər.
Yeri gəlmişkən, E.Adıgözəlin quruluş verdiyi “Qaranlıqdan reportaj”bədii filmi də Muğan bölgəsində çəkib. Film 2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalının əsas bölməsində iştirak edib. İlk işin uğurlu alınması rejissoru yenidən həmin bölgələrə səsləyib.
Karakteres ( Fransa), Memuar Films ( Azərbaycan) və Adari Films (Azərbaycan) prodakşnlarının birgə istehsal olan filmin prodüserləri Etienne de Ricaud, İntiqam Hacılı və İradə Bağirzadə, operatoru Oktay Namazovdur.
aki.az