Cəmil Quliyev: Bu gün Azərbaycan kinosu heç kimdən asılı olmadığı üçün müəllif kinosunun inkişafına böyük zəmin var
1987-ci ildə tənhalıq problemi sovet tamaşaçısı üçün qeyri-real görünsə də, bu gün bu problem çox aktualdır…
Filmdə mənim üçün ən böyük səs mənbəyi dəniz idi, çünki oxumuşdum ki, dənizin 38 səs çaları var…
“Cansıcıxı əhvalat” bədii filmində bəstəkar işi olmadığına görə kinostudiyanın Bədii Şurasında bizə ciddi irad tutdular…
Abşeronun dəniz sahilində məkan axtararkən təsadüfən yararsız avtobus gördük və ssenariyə həmin avtobusla bağlı səhnə əlavə etdik…
Bu gün Azərbaycan kinosu heç kimdən asılı olmadığı üçün müəllif kinosunun inkişafına böyük zəmin var…
Podkast layihəsinin qonağı, müəllif kinosunun nümunələrindən hesab edilən “Cansıxıcı əhvalat” bədii filminin rejissoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir.