DokuBakuLab bir aylıq intensiv proqramını başa vurdu
Gənc kinematoqrafçıların öz sənədli filmlərini keyfiyyətli formada çəkə bilməsi üçün peşəkar təlimçilər tərəfindən aparılan bir aylıq intensiv proqramı başa çatıb.
Azərbaycan Kinematoqrafçılar İttafaqının dəstəyi ilə 11 Noyabr – 06 dekabr tarixləri arasında, Bakıda DokuBaku BSFF və Restart Film School -un (Xorvatiya) birgə layihəsi çərçivəsində həyata keçirilən təlimdə 10 nəfərdən ibarət yerli gənc rejissorlar iştirak edib.
İgor Bezinović ilə nəzəri və praktiki dərslər noyabrda ayında keçirilən təlimin ilk hissəsində, Hrvoslava Brkušić ilətəlimin ikinci hissəsində çəkdikləri videomaterialları redaktə ediblər. Təlimlər ödənişsiz olaraq online şəkildə keçirilib. Bundan başqa, DokuBaku BSFF 2020-ci ildə Sənədli film Məktəbinin açılışına hazırlaşır. DokuBaku-nun əsasında yaranacaq məktəb gənc və peşəkar rejissorlar üçün nəzərdə tutulub. Təbii ki, əsas məqsəd, Azərbaycanda sənədli filmin inkişafına təkan verməklə yanaşı, eyni zamanda gəncləri sənədli filmə cəlb etməkdən ibarətdir.
Xatırladaq ki, ideyası İmam Həsənova məxsus olan Sənədli film Məktəbində dərslər həftarası 2 gün və ödənişsiz keçiriləcək.
Azərbaycan Kinematoqrafçılar İttifaqı