“Dostluq” Beynəlxalq Festivalına müraciətlər başladı

1-5 dekabr 2021-ci il tarixlərində IV “Dostluq “qısametrajlı filmlərin Beynəlxalq Festivalı keçiriləcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Kino Baş İdarəsinin dəstəyi ilə ilk ildən bir təşkil olunan festivala artıq müraciətlər başlayıb.

Qeyd edək ki, “Dostluq” qısametrajlı filmlərinin Beynəlxalq Festivalı insanlar arasında münasibətlərin dekriminallaşdırılmasının bütün formalarını dostluq vasitəsilə filmlərə yönəltməklə tamaşaçıların cəlb edilməsində rol oynayır.

Bu il “Türk Kızılay”ın təşkil etdyi  “Dostluq” qısametrajlı filmlərinin beynəlxalq festivalına Faysal Soysal və Mehmet Lütfi Şen rəhbərlik edəcək.

Kino gücü ilə dostluq konsepsiyasını yenidən oxumaq, düşünmək və həyatımızda onun düşüncələrini təkrarlamaq istəyən festival hər il daha əhəmiyyətli olur və bu il bütün dünyada kino və dostluq əlaqələri arasında səmimi bir dostluq rolunu oynayacaq.

Qeyd edək ki, festivalda müddəti 30 dəqiqədən çox olmayan sənədli, animasiya, eksperimental və video-art kateqoriyalarına təqdim edilə bilər.

Dekabrın 1-dən 5-dək keçiriləcək festivalın dekadasında dostluğa birbaşa və ya dolayısı ilə işarə edən qısametrajlı filmlərin bütün formaları təqdim olunacaq.

Festivalda iştirak etmək istəyənlər 1 oktyabr 2021-ci il tarixindən müraciət edə bilərlər.

Geniş məlumat bu linglərdə:

http://www.dostlukfilmfestivali.com/

instagram/ dostlukfilmfest

twitter/dostlukfilmfest

facebook/dostlukfilmfest

aki.az