Elnur Əliyev Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Elnur Əli oğlu Əliyev Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Mədəniyyət Nazirliyindən Apa-ya verilən məlumata görə, Elnur Əliyev bundan əvvəl Mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, E.Əiyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında və Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

aki.az