“Fəridə” tammetrajlı bədii filminin istehsalı başa çatıb
“Narimanfilm” kinostudiyası “Fəridə” tammetrajlı bədii filmin istehsalını başa çatdırıb.
Qeyd edək ki, 1994-cü ildə təsis edilən, müxtəlif diapazonlu və büdcəli layihələrin həyata keçirilməsində rol oynayan “Narimanfilm” kinostudiyası, bu dəfə Sankt-Peterburq Yeni Kino Məktəbi ilə əməkdaşlıq edərək “Fəridə” filmini çəkib.
Filmin mövzusuna əsasən hadisələr Azərbaycanın Xınalıq kəndindən başlayaraq Rusiyanın Sankt-Peterburqa şəhərində cərəyan edir. Belə ki, Fəridə adlı gənc qadın həyat yoldaşı Muradı axtarmaq məqsədilə Sankt-Peterburq şəhərinə üz tutur. Muradın harada olduğu haqqında heç bir məlumata malik olmayan qadın böyük şəhərdə bir çox çətinliklər yaşayır ki, nəticədə də onun bütün həyatı alt-üst olur.
Trend-in məlumatına görə, dram janrında lentə alınan filmin əsas çəkilişləri Sankt-Peterburq şəhərində aparılıb. Filminin premyerasının 2020-ci ilin yay aylarında Bakıda keçirilməsi planlaşdırılır.
Filmin ssenari müəllifi və rejissoru Kseniya Laqutina, operatoru Dmitriy Naqovskiy, səs rejissoru Aleksandr Demyanov, prodüseri Nəriman Məmmədovdur.
Rollarda iştirak edirlər: Məryəm İbrahimova, Abdukərim Nasirov, Dilya Ulaşeva və b.
Aki.az