Film Fiction elektron kino jurnalının növbəti sayı yayınlandı

Film Fiction  kino jurnalının növbəti sayı artıq oxucuların baxışına təqdim edildi.

Xatırladaq ki, Azərbaycanda ilk elektron kino jurnalı olan Film Fiction 2011-ci ilin sentyabrından yayınlanmağa başlamış, 4 illik fəaliyyətləri boyunca 22 sayı geniş oxucu auditoriyasına təqdim olunub.

Ciddi kinonun təbliği ilə məşğul olan jurnalın redaktoru Şahin Xəlildir.

Film Fiction  kino jurnalında bu illər ərzində yüzlərlə məqalə yer alıb və həmin məqalələrdə dünya kinosu ilə yanaşı, eyni zamanda Azərbaycan kinosuna da yer verilib.

Bir müddət yayına ara verən Film Fiction  kino jurnalı, nəhayət ki, yenidən gündəmi zəbt etməyə hazırlaşır. Belə ki, bu dəfə yaradıcı heyət, jurnalın 36-cı  nömrəsini oxuculara təqdim etdi.

Jurnalın bu bölümündə kino rejissoru Abbas Mirzə Şərifzadənin həyatından bəzi məqamlar,  Türkiyənin aktyor və rejissoru Onur Ünlü ilə xüsusi müsahibə, Abbas Kiarostami və Kantemir Balaqovun yaradıcı baxışları, Rusiyalı rejissor Yuriy Bıkovun ssenarisi əsasında çəkilən “Zavod” filmi haqqında, ”Animafilm”-in təsisiçisi Rəşid Ağamalıyevlə müsahibə, kinomanların tövsiyə etdiyi filmlər və s. məqalələr var.  

Aşagıdakı lingə toxunuş edib jurnaldakı məqalələrlə tanış ola bilərsiniz.

https://drive.google.com/file/d/1l-wyj0JppXypsfexzYrKc2hu3LR_lS5S/view?fbclid=IwAR0apO1VGhwvHVgd1YlM8hFupbLYDSP4KOsZY8RU8D3h_CMXHShVV4Svxs

Azərbaycan Kinematoqrafçılar İttifaqı